Yuxarı
    Bağlamaq

    ​Bakıda 10 qadına qarşı dələduzluq edən şəxsin cinayət işi məhkəməyə göndərilib - SİYAHI

    Cinayət işi üzrə istintaq başa çatıb

    Bakı. 2 iyun. REPORT.AZ/ Bakıda külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən qadının cinayət işi üzrə istintaqı başa çatıb.

    “Report”un məlumatına görə, dələduzluqda təqsirləndirilən Almaz Qurbanovanın cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Almaz Qurbanova 2012-ci ildən etibarən 10 qadının etibarından sui-istifadə edərək onların ümümlikdə 130 min manatdan çox pulunu alaraq qaytarmayıb.

    Onun pul aldığı şəxslər sırasında Minayə Məhərrəmova, Əntiqə Əsədova, Səidə Yusifova, Rahilə Rəsulova, Şeyda Seyfalıyeva, Elyana Məmmədova, Gülbəniz Səttarova, Güllər Rəhimova, Mahizər Tomayeva və Hafizə Əliyevanın adı var.

    A.Qurbanova barəsində Cinayət Məcələsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi