Bakıda 1 nəfər binanın 8-ci mərtəbəsindən özünü aşağı atmaq istəyib

Bakıda 1 nəfər binanın 8-ci mərtəbəsindən özünü aşağı atmaq istəyib Bakı. 6 fevral. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər doqquzmərtəbəli binanın 8-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etməyə cəhd göstərib.
Hadisə
6 Fevral , 2019 23:38
Bakıda 1 nəfər binanın 8-ci mərtəbəsindən özünü aşağı atmaq istəyib

Bakı. 6 fevral. REPORT.AZ/ Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər doqquzmərtəbəli binanın 8-ci mərtəbəsinin eyvanına çıxaraq intihar etməyə cəhd göstərib.

“Report” xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Son xəbərlər

Orphus sistemi