Bakıda 1 milyonluq dələduzluq edən universitet müəllimi apellyasiya şikayəti verib

Bakıda 1 milyonluq dələduzluq edən universitet müəllimi apellyasiya şikayəti verib Şikayət hakim Vaqif Mursaqulovun sədrliyi ilə araşdırılacaq
Hadisə
21 İyul , 2018 13:44
Bakıda 1 milyonluq dələduzluq edən universitet müəllimi apellyasiya şikayəti verib

Bakı. 21 iyul. REPORT.AZ/ Dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas iyulun 26-na təyin edilib.

Şikayət hakim Vaqif Mursaqulovun sədrliyi ilə araşdırılacaq.

Məhkəməyə müraciət edən zərərçəkmişlər onlara dəymiş ziyanın ödənilməsini, məhkum qadın isə barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.

O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların, ümumilikdə, 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır.

İstintaq və məhkəmə istintaqı dövründə V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, daha sonra məhkəmə iclaslarından yayındığı üçün həbs edilib.

Məhkəmədə V.Osmanlı özünü qismən təqsirli bildiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, V.Osmanlı əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində tyuitor vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi