Bakıda 1 milyonluq dələduzluq edən polkovnikin cinayət işində adı keçən daha bir nəfər həbs olunub

Bakıda 1 milyonluq dələduzluq edən polkovnikin cinayət işində adı keçən daha bir nəfər həbs olunub Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
27 İyun , 2018 12:40
Bakıda 1 milyonluq dələduzluq edən polkovnikin cinayət işində adı keçən daha bir nəfər həbs olunub
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Qədir Soltanov dindirilib.

Məhkəmədə məlum ki, Q.Sultanovun da adı bu cinayər işində keçdiyi üçün axtarışa verilib və o, həbs edilib. Q.Sultanovun barəsində dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.

Q.Soltanov ifadəsi zamanı təqsirləndirilən S.Şükürovla bir məhəllədə yaşadığını söyləyib. O, heç kəsə işə düzəltmədiyini, kimisə həbsdən azad etdirməyə cəhd etmədiyini və kimdənsə bunun qarşılığında pul almadığını deyib.

Daha əvvəl də dələduzluq ittihamı ilə məhkumluq həyatı yaşadığını bildirən Q.Sultanov həbsdən çıxdıqdan sonra S.Şükürovla görüşüb. Şahid məhkəmədə təqsirləndirilən şəxslə görüşü barədə danışıb.

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.

Qeyd edək ki, S.Şükürov, ümumilikdə, 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli bilinir.

İttiham aktına əsasən, o, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanın isə qızının cinayət işinə xitam verdirəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Məhkəmənin hazırlıq iclasında S.Şükürovun anket məlumatları dəqiqləşdirilən zaman məlum olub ki, o, 1958-ci ildə Sabirabad rayonunda anadan olub, hazırda Bakı şəhərində qeydiyyatdadır.

Bildirilib ki, S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə il azadlıqdan məhrum olunub.

Xatırladaq ki, zərərçəkmiş Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev 2016-cı ildə həbs edilib. Onlar "Bizim market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında tutulub. Həmin şəxslər qohumları R.Salmanovun 4 milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev 11 il, anası H.Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi