Bakıda 1 milyon manata yaxın oğurluq işi üzrə məhkəmə prosesi davam etdirilib

Bakıda 1 milyon manata yaxın oğurluq işi üzrə məhkəmə prosesi davam etdirilib Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pul və qızıl zinət əşyaları oğurlamaqda təqsirləndiriləm Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
14 İyun , 2018 11:45
Bakıda 1 milyon manata yaxın oğurluq işi üzrə məhkəmə prosesi davam etdirilib
Report
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pul və qızıl zinət əşyaları oğurlamaqda təqsirləndiriləm Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə bəzi şahidlərin məhkəməyə gəlmədiyi elan olunub.

Məhkəmə həmin şəxslər barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Məhkəmənin növbəti iclası iyunun 27-nə təyin edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, X.Zeynalova zərərçəkmiş Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyevanın Nəsimi rayonunda yerləşən mənzilində qulluqçu işləyib.

Cinayət işi materiallarında X.Zeynalovanın 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər işlədiyi məmzildən ümumilikdə 539 min dollar və 179 min manat məbləğində qızıl-zinət əşyaları oğurladığı qeyd edilir.

Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı məlum okub ki, X.Zeynalova cinayəti tanışı A.Qəhrəmanovla birlikdə törətdib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilir.

Xatırladaq ki, X.Zeynalovanın atası Əbdüləli Zeynalov mətbuata müraciət edərək qızının günahsız olduğunu deyib. O bildirib ki, qızı 2010-2014-cü illərdə A.Əliyevanın evində xidmətçi işləyib. Bu müddətdə X.Zeynalova A.Əliyevanın qızı, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru olan Gülşən Əliyeva ilə münasibəti yaxşı olub: "Qızım Xanım bir neçə dəfə Gülşənə ailə məsələlərində kömək edib, bunun müqabilində isə o, qızıma 2 qızıl zinət əşyasını verib. Onu da qeyd edim ki, evimizdə yoxlanış aparılan zaman elə həmin qızıllar sübut kimi göstərilib. Sonradan ailə arasında tez-tez xoşagəlməz mübahisələr yaranmağa başlayıb. Odur ki, Xanım işindən ayrılıb".

Ə.Zeynalov deyib ki, qızı həbs edilən zaman Bakı Metropolitenində işləyib.

Son xəbərlər

Orphus sistemi