Bakıda 1 milyon 200 min manatlıq dələduzluq edən qadın stasionar məhkəmə-psixatrik ekspertizaya göndərilib

Bakıda 1 milyon 200 min manatlıq dələduzluq edən qadın stasionar məhkəmə-psixatrik ekspertizaya göndərilib Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb
Hadisə
20 Aprel , 2017 15:14
Bakıda 1 milyon 200 min manatlıq dələduzluq edən qadın stasionar məhkəmə-psixatrik ekspertizaya göndərilib

Bakı. 20 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin barəsində təyin edilmiş stasionar məhkəmə-psixatrik ekspertizasının rəyi açıqlanıb.

Ekspertlər H.Allahverdiyevanın psixi xəstəlikdən əziyyət çəkməsi barədə rəy veriblər. Ekspertizanın verdiyi rəyə zərərçəkmişlər etiraz ediblər. Zərərçəkmişlərin nümayəndəsi H.Allahverdiyevanın barəsində təkrar stasionar məhkəmə-psixatrik ekspertizası təyin edilməsi barədə vəsatət verib.

Məhkəmə vəsatətin təmin edilməsini və H.Allahverdiyevanın barəsində təkrar stasionar məhkəmə-psixatrik ekspertizasının təyin edilməsi barədə qərar çıxarıb.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, H.Allahverdiyeva bir qrup vətəndaşın etibarindan sui-istifadə edərək, onlara qarşı dələduzluq edib. O, şirkət yaratmaq adı ilə vətəndaşları aldadıb və onların ümumilikdə 1 milyon 200 min manat miqdarında pullarını ələ keçirib.

Cinayət işi üzrə 6 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

H.Allahverdiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi