Bakıda 1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıran şəxslər məhkəməyə müraciət edib

Bakıda 1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıran şəxslər məhkəməyə müraciət edib Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 27-nə təyin edilib
Hadisə
23 Sentyabr , 2017 14:44
Bakıda 1,7 mlrd. manatı cinayət yolu ilə əldə edərək leqallaşdıran şəxslər məhkəməyə müraciət edib
Report

Bakı. 23 sentyabr. REPORT.AZ/ Bakıda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Vüqar Osmanov barələrində olan hökmdən apellyasiya şikayəti veriblər.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas sentyabrın 27-nə təyin edilib.

İşə hakim Rizvan Səfərovun sədrliyi ilə baxılacaq.

İttiham aktına əsasən, təqsirləndirilən M.Əliyevlə V.Osmanov Bakıda pul köçürmələri ilə məşğul olaraq cinayət yolu ilə əldə olunmuş 1 milyard 700 milyon manat məbləğində pulu saxta müqavilələr əsasında fəaliyyətdə olan xarici şirkətlərin hesabına köçürüblər. Onların Bakıda yerləşən "AgBank"da xidməti otaqları da olub.

Həmin şəxslər Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əliyev 10 il, V.Osmanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi