Bakıda 1.2 milyon manatlıq dələduzluq edən qadının məhkəməsi başlayıb

Bakıda 1.2 milyon manatlıq dələduzluq edən qadının məhkəməsi başlayıb Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1,2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
13 İyun , 2018 12:53
Bakıda 1.2 milyon manatlıq dələduzluq edən qadının məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1,2 milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Hicran Allahverdiyevanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə psixi ekspertizanın rəyi elan olunub.

Məlum olub ki, H.Allahverdiyeva cinayəti törədən zaman anlaqlı olub.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

Qeyd edək ki, ittihama görə, H.Allahverdiyeva Bakıda şirkət yaratmaq adı ilə 6 nəfərdən 1,2 milyon manat alaraq onları aldadıb.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Daha əvvəl bu işlə bağlı eyni instansiyada hökm cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu qənaətinə gəlinib. Məhkəmə onun barəsində 1 saylı Respublika Psixiatriya Xəstəxanasında məcburi müalicə təyin edilib.

Hökmdən narazı qalan zərərçəkmişlər apellyasiya şikayəti veriblər. Şikayət Bakı Apellyasiya Məhkəməsində, hakim Faiq Qasımovun icraatında araşdırılıb.

Məhkəmə araşdırması zamanı yenidən psixi ekspertiza keçirilib və H.Allahverdiyevanın sağalması barədə rəy verilib.

Bundan sonra məhkəmə qərarı ilə hökm ləğv edilib və işin yenidən araşdırılması üçüm Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilməsi barədə qərar çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin məhkəmə kollegiyası qərarı icra edərək işin istintaqa qaytarılmasını təmin edib. 

Son xəbərlər

Orphus sistemi