​Bakıda daha bir MTK-ya qarşı cinayət işi başlanılıb

​Bakıda daha bir MTK-ya qarşı cinayət işi başlanılıb Eyni mənzillər bir neçə nəfərə satılıb
Hadisə
27 Yanvar , 2016 15:53
​Bakıda daha bir MTK-ya qarşı cinayət işi başlanılıb

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakıda yerləşən daha bir MTK-ya qarşı cinayət işi başlanılıb. “Report”un xəbərinə görə, Bakı şəhər sakini Qəşəm Gülalıyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bir neçə il əvvəl Xətai rayonu, Şıxlınski küçəsində yerləşən “Orxan” MTK-nın inşa etdiyi binadan dörd mənzil alıb.

Q.Gülalıyev bunun üçün Alim adlı şəxsə 218 min dollar ödədiyini bildirib. Lakin sonradan həmin mənzillərin başqa şəxslərə də satıldığı məlum olub.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi