Bakı-Xudat avtobusu aşıb, xəsarət alanlar var

Bakı-Xudat avtobusu aşıb, xəsarət alanlar var Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır
Hadisə
104
4 Avqust , 2018 10:40
Bakı-Xudat avtobusu aşıb, xəsarət alanlar var
Report

Siyəzən. 4 avqust. REPORT.AZ/ Siyəzəndə mikroavtobus qəzaya uğrayıb

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Xudat marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Zarat kəndi ərazisində (81-ci kilometr) idarəetməni itirərək, yol kənarına aşıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bəziləri tibbi yardımdan imtina etsə də, sərnişinlərdən 1970-ci il təvəllüdlü İlqar Axundov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi