Yuxarı
    Bağlamaq

    Polis çoxlu partlayıcı oyuncaq və pirotexniki məmulatlar aşkarlayıb

    Bu, Bakı, Xırdalan və Sumqayıtdakı ticarət obyektlərində keçirilən reyd zamanı aşkarlanıb

    Bakı. 31 dekabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Bakı, Xırdalan və Sumqayıt şəhərlərində keçirdikləri reydlər zamanı ticarət obyektlərindən ümumilikdə 150 minə qədər yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar aşkar ediblər.

    DİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, reyd zamanı Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən isə şəhər ərazisindəki satış yerlərindən 8 minə yaxın yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb. Müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə göndərilib.

    Məlumatda bildirilib ki, Yeni il bayramı ərəfəsində daxili işlər orqanlarının əməkdaşları qanunvericiliyin tələblərinə əsasən, partlayıcı maddələr, qurğular, tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması ilə bağlı tədbirləri davam etdirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi