Bakı və Sumqayıtda partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb

Bakı və Sumqayıtda partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb Araşdırmalar davam etdirilir
Hadisə
23 Dekabr , 2014 13:07
Bakı və Sumqayıtda partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakı və Sumqayıt şəhərlərində yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Biləcəri qəsəbəsinin ərazisində səyyar satışla məşğul olan Etibar Həsənovdan 1200 ədəd, Lökbatan qəsəbəsinin ərazisində yerləşən ticarət mərkəzində, orada satıcı işləyən Zöhrab Mirzəyevdən 5200 ədəd, Sumqayıt şəhərində səyyar satışla məşğul olan Məmiş Bəylərovdan 16300 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi