Bakı və Samux sakinlərindən silah götürülüb

Bakı və Samux sakinlərindən silah götürülüb Bakı və Samux sakinlərində silah aşkarlanıb
Hadisə
9 Fevral , 2021 11:23
Bakı və Samux sakinlərindən silah götürülüb

Bakı və Samux sakinlərində silah aşkarlanıb..

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Türkan qəsəbə sakini N.Dünyamalıyevdən “İJ” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, Samux Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Yenikənd kənd sakini S.Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ-12” markalı tüfəng aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi