Bakı və Sabirabad sakinlərindən silah-sursat götürülüb

Bakı və Sabirabad sakinlərindən silah-sursat götürülüb Bakı. 26 aprel. REPORT.AZ/ Bakı və Sabirabad sakinlərindən silah-sursat götürülüb.
Hadisə
26 Aprel , 2018 13:53
Bakı və Sabirabad sakinlərindən silah-sursat götürülüb

Bakı. 26 aprel. REPORT.AZ/ Bakı və Sabirabad sakinlərindən silah-sursat götürülüb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Suraxanı Rayon Polis İdarəsi 30-cu Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Vaqif Alxasovdan kustar üsulla hazırlanmış “Revolver” tipli tapanca və 8 ədəd 5,6 kalibirli patron götürülüb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Şəhriyar kənd sakini Bəhlul Fərəcovdan müvafiq sənədləri olmayan “İJ-18” markalı tüfəng götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. 

Son xəbərlər

Orphus sistemi