Bakı və Masallıda avtomobil qaçırılıb

Bakı və Masallıda avtomobil qaçırılıb Bakı şəhər və Masallı rayonunda avtomobil qaçırlıb.
Hadisə
9 Noyabr , 2019 12:34
Bakı və Masallıda avtomobil qaçırılıb

Bakı şəhər və Masallı rayonunda avtomobil qaçırlıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal Rayon polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Buta qəsəbə sakini T.Abbasov saxlanılıb.

Polis əməkdaşları tərəfindən avtomobil onun yaşadığı evin həyətində tapılıb.

Bundan başqa, Masallı Rayon polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 7-də Mahmudavar kəndi ərazisindən kənd sakini A.Səfərova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini R.Həsənov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma apaırlır.

Son xəbərlər

Orphus sistemi