Bakı və Abşeronda 6 nəfəri it dişləyib

Bakı və Abşeronda 6 nəfəri it dişləyib Ötən gün Bakının ayrı-ayrı rayonlarında və Abşeronda bir neçə nəfəri it dişləyib.
Hadisə
19 May , 2019 01:15
Bakı və Abşeronda 6 nəfəri it dişləyib

Ötən gün Bakının ayrı-ayrı rayonlarında və Abşeronda bir neçə nəfəri it dişləyib.

"Report" xəbər verir ki, əsasən paytaxtın Sabunçu və Suraxanı rayonlarında bir neçə nəfər küçə itlərinin hücumuna məruz qalıb.

Belə ki, 60 yaşlı Fərman Mehdiyev, 21 yaşlı Elgün Əhmədov, 39 yaşlı Xaliq Qafarov və 53 yaşlı Fətəliyev Namiqi və daha iki nəfəri it dişləyib. Yaralılar 3 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət ediblər və onlara müvafiq tibbi yardım göstərilib.

Ramin Şahbazov 

Son xəbərlər

Orphus sistemi