​Bakıda və Tovuzda yanğın hadisələri baş verib

​Bakıda və Tovuzda yanğın hadisələri baş verib Bütün hallarda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
18 yanvar 2015 15:59
​Bakıda və Tovuzda yanğın hadisələri baş verib

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda və Tovuzda yanğın hadisələri qeydə alınıb.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Tovuz rayonunun Qovlar qəsəbəsində vətəndaşa məxsus avtomobil təmiri sexinin dam örtüyü və sexin içərisində olan “VAZ” markalı minik avtomobili yanıb.

Digər iki yanğın hadisəsi isə Bakının Yasamal və Səbail rayonları ərazisində baş verib.

Yasamalda vətəndaşa məxsus “VAZ“ markalı minik avtomobilinin salonu yanıb. Səbail rayonunda isə vətəndaşa məxsus ikimərtəbəli 4 otaqlı evin ikinci mərtəbəsinin bir otağının tavanı yanıb. Yanğından evin qalan hissəsi mühafizə olunub.

Bütün hallarda yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi