Bakıda topdansatışla məşğul olan şəxsə qarşı dələduzluq edilib

Bakıda topdansatışla məşğul olan şəxsə qarşı dələduzluq edilib Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır
Hadisə
20 Yanvar , 2017 14:48
Bakıda topdansatışla məşğul olan şəxsə qarşı dələduzluq edilib

Bakı. 20 yanvar. REPORT.AZ/ Bakıda toyuqların topdansatışı ilə məşğul olan şəxsə qarşı dələduzluq edilib.

"Report" xəbər verir ki, bu barədə Bakı şəhər sakini 1974-cü il təvəllüdlü Zaur Orucov hüquq-mühafizə orqanlarına ərizə yazaraq bildirib.

Belə ki, 2016-cı ilin dekabr ayında Əmirov Nəsir Z.Orucovu aldadaraq ondan 8 648 manat dəyərində toyuq alıb və indiyə qədər pulu ödəməyib.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi