Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən qəza baş verib - VİDEO - YENİLƏNİB

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən qəza baş verib - VİDEO - YENİLƏNİB Abşeron. 10 oktyabr. REPORT.AZ/ Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
10 Oktyabr , 2018 10:29
Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən qəza baş verib - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Abşeron. 10 oktyabr. REPORT.AZ/ Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Sumqayıt -Abşeron bürosunun məlumatına görə, Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan və Faiq Məmmədovun idarə etdiyi "99-RA-025" dövlət nömrə nişanlı, "Hyundai-Sonata" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı dəmir arakəsmələrə çırpılıb. 

Hadisə zamanı avtomobildə olan sərnişin, 24 yaşlı Məmmədov Elvin Mikayıl oğlu dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb.

Qeyd edək ki, qəzada dünyasını dəyişən gənc Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı Mikayıl Məmmədovun oğludur. 

Məlumata görə, Elvin Məmmədovun bu yaxında toyu olub.

Faktla bağlı araşdırma aparılır.


***09:19

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı-Sumqayıt magistralında avtomobil qəzası baş verib.

"Report" məlumatına görə, hadisə səhər saat 7:30 radələrində Xırdalan qəbristanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, 99-RA-025 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı avtomobil dəmir arakəsməyə çırpılıb. Qəza nəticəsində yolda tıxac yaranıb.

Son xəbərlər

Orphus sistemi