Bakı-Sumqayıt yolunda minik maşını yük avtomobili ilə toqquşub

Bakı-Sumqayıt yolunda minik maşını yük avtomobili ilə toqquşub Qəza nəticəsində Sumqayıt istiqamətində maşınların hərəkəti çətinləşib
Hadisə
21 May , 2016 19:38
Bakı-Sumqayıt yolunda minik maşını yük avtomobili ilə toqquşub

Bakı. 21 May. REPORT.AZ/ Bakı-Sumqayıt yolunun 20-ci km-də yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, qəza Sumqayıt istiqamətində hərəkətdə olan “Opel” markalı minik avtomobilinin arxadan “Shacman” markalı yük maşınına çırpılması nəticəsində qeydə alınıb.

Hadisə nəticəsində bir nəfər şok vəziyyətinə düşüb. Bundan əlavə Sumqayıt istiqamətində maşınların hərəkətində çətinlik yaranıb.

Son xəbərlər

Orphus sistemi