Bakı-Sumqayıt yolunda avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb

Bakı-Sumqayıt yolunda avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.
Hadisə
12 Oktyabr , 2019 16:09
Bakı-Sumqayıt yolunda avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsi ilə əlaqədar avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

O bildirib ki, Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10,5-ci kilometrindən 11,5-ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb:

"Təmir işləri bir neçə gün davam edəcək. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Hazırda ərazidə yol polisi əməkdaşları fasiləsiz olaraq xidmət aparır".

Son xəbərlər

Orphus sistemi