Bakı-Sumqayıt yolunda avtomobil işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb - VİDEO

Bakı-Sumqayıt yolunda avtomobil işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb - VİDEO Yaralı "təcili yardım" avtomobili ilə xəstəxanaya yerləşdirilib
Hadisə
10 Oktyabr , 2017 06:55
Bakı-Sumqayıt yolunda avtomobil işıq dirəyinə çırpılıb, sürücü xəsarət alıb - VİDEO

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində avtomobil işıq dirəyinə çırpılıb.

"Report" xəbər verir ki, Sumqayıtdan paytaxt istiqamətində hərəkətdə olan "Mercedes" markalı maşının sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yol ayrıcında olan işıq dirəyinə çırpılaraq yarasız hala düşüb. Xəsarət alan sürücü hadisə yerinə çağrılan "təcili tibbi yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Əraziyə yol polisi əməkdaşları cəlb edilib. Müayinələr aparılıb. Avtomobil cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi