Bakı-Sumqayıt şossesində avtomobil körpüyə çırpılıb, yolda hərəkətin sıxlığı yaranıb - FOTO

Bakı-Sumqayıt şossesində avtomobil körpüyə çırpılıb, yolda hərəkətin sıxlığı yaranıb - FOTO Avtomobil aşaraq yerdə bir neçə dövrə vurub
Hadisə
23 Mart , 2017 12:27
Bakı-Sumqayıt şossesində avtomobil körpüyə çırpılıb, yolda hərəkətin sıxlığı yaranıb - FOTO
Report.az

Bakı. 23 mart. REPORT.AZ/ Bakı-Sumqayıt şossesində bu gün səhər saatlarında qəza baş verib, nəticədə yolda hərəkətin sıxlığı yaranıb.

"Report"un xəbərinə görə, hadisə Bakı-Sumqayıt şossesinin Xırdalan şəhəri ərazisində qeydə alınıb. Belə ki, Rəhman Səlimovun idarə etdiyi "Mercedes" markalı avtomobil körpünün dirəyinə çırpılıb. Avtomobil aşaraq yerdə bir neçə dövrə vurub. Sürücü bədən xəsarətləri alıb, avtomobil deformasiyaya uğrayıb. 

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qeyd edək ki, sürücü Rəhman Səlimov Azərbaycan Silahlı Qüvvələrində mayor rütbəsi daşıyır.

Son xəbərlər

Orphus sistemi