Bakı-Sumqayıt şosesində avtomobil piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Bakı-Sumqayıt şosesində avtomobil piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB Faktla bağlı avtotexniki ekspertiza təyin edilib
Hadisə
182
26 İyul , 2018 10:23
Bakı-Sumqayıt şosesində avtomobil piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub


*** 03:39

Abşeron. 26 iyul. REPORT.AZ/ Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" xəbər verir ki, 1987-ci il təvəllüdlü Abdullayev Filman Hüseyn oğlu magistral şosenin piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu Orxan Məmmədovun idarə etdiyi 10-VT-321 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil vurub. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

O.Məmmədovun "Report"un hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, piyada qəfil onun idarə etdiyi avomobilin qarşısına çıxıb.

Sürücü hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili isə cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib. Cinayət işi başlanılıb.

Foto: Ruslan Məmmədov.

Son xəbərlər

Orphus sistemi