Yuxarı

Bakı-Sumqayıt şosesində avtomobil arakəsmə dəmirə çırpılıb, ölən və yaralanan var - FOTO

Bakı-Sumqayıt şosesində avtomobil arakəsmə dəmirə çırpılıb, ölən və yaralanan var - FOTO
Zərbənin gücündən arakəsmə dəmir avtomobilin salonuna girib

Bakı. 19 iyun. REPORT.AZ/ Abşeron rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

"Report"un xəbərinə görə, yol qəzası Ekologiya postuna yaxın ərazidə baş verib.

Bakı-Sumqayıt şosesində paytaxt istiqamətində hərəkətdə olarkən Cəfərov Marat Çoban oğlu idarə etdiyi 99-EZ-521 dövlət nişanlı "Mercedes" markalı avtomobillə arakəsmə dəmirə çırpılıb. Dəmir avtomobilin ön tərəfindən salona girərək arxa şüşədən çıxıb. Nəticədə sərnişin, 1955-ci il təvəllüdlü Cəfərova Solmaz Yunis qızının ayaqları kəsilib. O, çoxlu qan itirib. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Hadisəni törədən sürücü isə yüngül bədən xəsarətləri aldığından evə buraxılıb.

Qeyd edək ki, ölən sərnişin M.Cəfərovun həyat yoldaşı olub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən avtotexniki ekspertiza təyin edilib. 

Avtomobil yararsız hala düşdüyündən cərimə meydançasına yerləşdirilib.

Foto: Ruslan Məmmədov

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi