Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində yaranmış problem aradan qaldırılıb - YENİLƏNİB

Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində yaranmış problem aradan qaldırılıb - YENİLƏNİB Nadir Əzməmmədov: "Nasazlıq təmas şəbəkəsində baş vermiş problemlə bağlı olub"
Hadisə
6 Oktyabr , 2016 20:17
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində yaranmış problem aradan qaldırılıb - YENİLƏNİB

İlk xəbər 18:41-də verilib.

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarların hərəkətində problem yaranıb. 

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saat 18:30-da Bakı-sərnişin stansiyasından hərəkət etməli olan qatar yola düşə bilmir.

Stansiyanın məsul şəxsləri buna səbəb kimi elektrik xətlərində yaranmış nasazlığı göstəriblər.

Nəticədə sərnişinlərin əksəriyyəti həmin vaxta aldıqları biletləri nə qaytara, nə də yola düşə bilirlər. Bu səbəbdən sərnişinlərlə stansiya nəzarətçiləri arasında mübahisə yaranıb. Nəzarətçilər biletlər üçün ödənilmiş pulu qaytarmağa səlahiyyətlərinin olmadığını bildiriblər. 

Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən qatarlarda birtərəfli biletin qiyməti ekonom-klass üçün 80 qəpik, biznes-klass üçün 1.60 qəpikdir. 

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov "Report"a bildirib ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkətində yaranmış nasazlıq təmas şəbəkəsində baş vermiş problemlə bağlı olub: "Artıq nasazlıq aradan qaldırılıb və qatar yola düşüb".

Son xəbərlər

Orphus sistemi