Bakıda sərnişin avtobusları toqquşub, xəsarət alanlar var

Bakıda sərnişin avtobusları toqquşub, xəsarət alanlar var Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
2 Fevral , 2017 17:35
Bakıda sərnişin avtobusları toqquşub, xəsarət alanlar var

Bakı. 2 fevral. REPORT.AZ/ Bakıda iki sərnişin avtobusu toqquşub.

"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində 78 nömrəli marşut xətti üzrə hərəkət edən avtobus dayanacaqda dayanıb. Arxadan yüksək sürətlə hərəkət edən 35 nömrəli avtobus ona çırpılıb.

Hadisə nəticəsində 35 nömrəli avtobusda olan 4 nəfər xəsarət alıb. Onlardan üç nəfəri ambulator yardım alaraq evə göndərilib. 44 yaşlı Teymurova Gülpəri isə ağır xəsarət aldığından xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi