​Bakı şəhərində silsilə oğurluq edən şəxslər tutulub

​Bakı şəhərində silsilə oğurluq edən şəxslər tutulub Onlar 2 poçt idarəsindən oğurluq edib
Hadisə
18 Yanvar , 2016 14:07
​Bakı şəhərində silsilə oğurluq edən şəxslər tutulub

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakı şəhərində silsilə oğurluq edən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən "Report"a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - 1994-cü il təvəllüdlü Tamerlan Məmmədov, 1996-cı il təvəllüdlü Zöhrab Məmmədov və Beyləqan rayon sakini 1993-cü il təvəllüdlü Qarakişi Əliyev tutulub.

Belə ki, onlar yanvarın 10-na keçən gecə Ş.Səmədov küçəsində yerləşən 33 nömrəli poçtdan, pəncərənin dəmir barmaqlığı sındırılmaqla içərisində 110 manat, 200 ABŞ dollar və poçt markaları olan seyf, yanvarın 15-nə keçən gecə, A.Ələsgər küçəsində Müşfiq Hüseynova məxsus mağazadan, qapını sındırmaqla 800 manat və 10.500 manat dəyərində tütün məmulatları və X.Məmmədov küçəsində yerləşən 3 saylı poçtun 123 saylı filialından, pəncərənin dəmir barmaqlığını sındırmaqla müxtəlif regionlardan gəlmiş vətəndaşlara məxsus 100 ədəd bağlama oğurlayıblar. 

Son xəbərlər

Orphus sistemi