BŞTİ: Sabahdan 20 saylı məktəbdə tədris prosesi bərpa olunacaq

BŞTİ: Sabahdan 20 saylı məktəbdə tədris prosesi bərpa olunacaq "Ümumiyyətlə. məktəb binası daxilində qaz xətləri mövcud deyil"
Hadisə
2 Dekabr , 2014 18:54
BŞTİ: Sabahdan 20 saylı məktəbdə tədris prosesi bərpa olunacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bu gün səhər saatlarında 20 saylı məktəbdə baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb. 

İdarədən "Report"a verilən məlumatda qeyd olunur ki, hadisə ilə əlaqədar şagirdlər binadan evakuasiya edilib, təhlükəsizlik tədbirləri görülüb: "Fövqəladə Hallar Nazirliyinin və müvafiq dövlət qurumlarının apardığı araşdırma nəticəsində məktəbdə zərərli maddə və qazlar aşkar edilməyib, oksigen norma daxilində olub. Ümumiyyətlə, məktəb binası daxilində qaz xətləri mövcud deyil. Sabahdan etibarən tədris prosesi bərpa olunacaq".

Son xəbərlər

Orphus sistemi