Bakı şəhər sakinlərinə qarşı külli miqdarda dələduzluq edilib

Bakı şəhər sakinlərinə qarşı külli miqdarda dələduzluq edilib Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır
Hadisə
19 Dekabr , 2016 16:50
Bakı şəhər sakinlərinə qarşı külli miqdarda dələduzluq edilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı şəhər sakinlərinə qarşı külli miqdarda dələduzluq edilib.

"Report"un xəbərinə görə, Bakı şəhər sakinləri 1950-ci il təvəllüdlü Nəbi Musayev və 1954-cü il təvəllüdlü Tahir Babayev Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirblər ki, 2015-ci ilin avqust ayında onlara qarşı 72 min manatlıq dələduzluq edilib.

N.Musayev və T.Babayev ərizələrində qeyd ediblər ki, Xızı rayon sakini 1986-ci il təvəllüdlü Emin Quliyev onları aldadaraq istilik sistemi avadanlığını satmaq adı ilə 72 min manat pulunu alıb.

Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi