Bakı şəhər sakinini bıçaqlayan şəxsə bərəat verilib

Bakı şəhər sakinini bıçaqlayan şəxsə bərəat verilib Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
7 İyun , 2017 14:53
Bakı şəhər sakinini bıçaqlayan şəxsə bərəat verilib

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Eldəniz Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Bakının Nəsimi rayonunun N.Məlikov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü İsabala Allahverdiyev kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Əməliyyat tədbirləri nəticəsində İ.Allahverdiyevə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü E.Abbasov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, onlar aralarında yaranmış mübahisə zəmində bir-birilərini bıçaqlayıblar. E.Abbasovun xəsarəti yüngül olduğundan həkimə müraciət etməyib.

Son xəbərlər

Orphus sistemi