Bakı şəhər sakininə qarşı 30 min dollarlıq dələduzluq edilib

Bakı şəhər sakininə qarşı 30 min dollarlıq dələduzluq edilib Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır
Hadisə
28 Yanvar , 2017 17:44
Bakı şəhər sakininə qarşı 30 min dollarlıq dələduzluq edilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakı şəhər sakininə qarşı 30 min dollarlıq dələduzluq edilib.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib. 

Belə ki, Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Qasımzadə Rövşən Ələsgər oğlu Nərimanov Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ilin may ayında ona qarşı dələduzluq edilib. R.Qasımzadə qeyd edib ki, 1977-ci il təvəllüdlü Mahmudov Araz Ucal oğlu onu aldadaraq 30 min ABŞ dollar pulunu alıb və geri qaytarmayıb.

Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi