Bakı şəhər sakininə qarşı 10 min ABŞ dolları və 60 min manatlıq dələduzluq edilib

Bakı şəhər sakininə qarşı 10 min ABŞ dolları və 60 min manatlıq dələduzluq edilib Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır
Hadisə
16 Mart , 2017 11:36
Bakı şəhər sakininə qarşı 10 min ABŞ dolları və 60 min manatlıq dələduzluq edilib

Bakı. 16 mart. REPORT.AZ/ Bakı şəhər sakininə qarşı 10 min ABŞ dolları və 60 min manatlıq dələduzluq edilib.

"Report"un xəbərinə görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Şücayət Həbibov Qaradağ Rayon Polis İdarəsinə ərizə yazaraq bildirib ki, 2013-cü ilin may ayında ona qarşı dələduzluq edilib.

Ərizədə qeyd edilib ki, 1983-cü il təvəllüdlü Emin Aslanov Şücayət Həbibovu aldadaraq onun 60 000 manat və 10 000 ABŞ dolları pulunu alıb.

Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi