Bakı. 23 may. REPORT.AZ/ Bakı şəhər sakinindən qanunsuz silah götürülüb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Akif Sərxanovdan 1 ədəd nömrəsiz tapança-pulemyot, 5 ədəd patron və 2 ədəd patron darağı götürülüb.