Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb

Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
13 Yanvar , 2015 13:07
Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhər sakini Əli İsmayılov Xırdalan şəhərində yeni tikilmiş 12 mərtəbəli binanın 8-ci mərtəbəsinin pilləkənlərindən 7-ci mərtəbəyə yıxılıb. Xəstəxanaya yerləşdirilən Ə.İsmayılov orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi