Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsi yenidən formalaşdırılacaq.
"Report"un məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti
Baş prokuror fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar ilkin mərhələdə Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyət keyfiyyətinin artırılması məqsədilə tərkibinin yenidən formalaşdırılması üçün Müsabiqə komissiyasının təşkil olunması və növbəti mərhələdə isə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların eyni prosedurlar əsasında müsabiqə yolu ilə vəzifəyə təyin edilmələri barədə göstəriş verib.