Bakı Şəhər Prokurorluğu ömürlük məhbusun özünü asması ilə bağlı məlumat yayıb

Bakı Şəhər Prokurorluğu ömürlük məhbusun özünü asması ilə bağlı məlumat yayıb Həbsxananın tibb sanitar hissəsinin və ərazi üzrə çağırılan təcili tibbi yardım həkimlərinin göstərdiyi ilkin tibbi yardımlara baxmayaraq məhkum ölüb
Hadisə
4 Fevral , 2016 15:10
Bakı Şəhər Prokurorluğu ömürlük məhbusun özünü asması ilə bağlı məlumat yayıb

Bakı. 4 fevral. REPORT.AZ/ Bakı Şəhər Prokurorluğu ömürlik məhbusun özünü asması ilə bağlı məlumat yayıb.

Prokurorluqdan "Report"a verilən məlumata görə, fevralın 3-də saat 11:30 radələrində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qaradağ rayon ərazisində yerləşən həbsxanasında cəza çəkən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 iyun 2015-ci il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən 1975-ci il təvəllüdlü Sübhay İbrahimov həbsxananın korpus üzrə tərtib olunan cədvəlinə əsasən çimmək üçün hamam otağına daxil olub və orada yumaq məqsədilə özü ilə gətirdiyi istifadəsində olan mələfəni nəfəsliyə bərkidilmiş dəmir barmaqlıqlara bağlayaraq özünü asıb. Həbsxananın tibb sanitar hissəsinin və ərazi üzrə çağırılan təcili tibbi yardım həkimlərinin göstərdiyi ilkin tibbi yardımlara baxmayaraq məhkum S.İbrahimov vəfat edib. 

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi