Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları Nardaranda dini atributları sökməyə başlayıb

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları Nardaranda dini atributları sökməyə başlayıb “İmam Hüseyn” və “İmam Rza” meydanlarında dini simvollar və dini bayraqlar sökülür
Hadisə
1 Dekabr , 2015 17:35
Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları Nardaranda dini atributları sökməyə başlayıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Nardaran qəsəbəsinin mərkəzində, o cümlədən “İmam Hüseyn” və “İmam Rza” meydanlarında dini simvollar və dini bayraqların sökülməsinə başlanılıb. “Report”un ərazidə olan əməkdaşı xəbər verir ki, söküntü işlərini Bakı Şəhər İcra Hakimiyyəti və Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri həyata keçirir.

Qeyd edək ki, bu gün saat 08.00-da qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi