Yuxarı

Bakı Şəhər İcra Hakimiyyətinin avtomobili yolu keçən piyadanı vurub

Bakı Şəhər İcra Hakimiyyətinin avtomobili yolu keçən piyadanı vurub

79

Faktla bağlı araşdırma aparılır

Bakı. 17 yanvar. REPORT.AZ/ Bakı Şəhər İcra Hakimiyyətinə məxsus avtomobil 35 yaşlı kişini vurub.

"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Əziz Əliyev küçəsində 1982-ci il təvəllüdlü Rəşad İsmayılovun idarə etdiyi "Hyundai" markalı avtomobil yolu keçmək istəyən 1981-ci il təvəllüdlü Sərvan Mehdiyevi vurub. S.Mehdiyev 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, "Hyundai" markalı avtomobilin sürücüsü R.İsmayılov Bakı Şəhər İcra Hakimiyyətinin Şəhər ərazisinin tikinti-planlaşdırma idarəsində işləyir. Onun idarə etdiyi "Hyundai" markalı avtomobil BŞİH-nin xidməti maşınıdır.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi