Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Binədəki qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Binədəki qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb
Hadisə
5 Oktyabr , 2016 16:16
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Binədəki qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda baş verən qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, paytaxtın hüquq mühafizə orqanlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Belə ki, okyabrın 4-də saat 19 radələrində Binə qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1969-cu il təvəllüdlü Zakir Məcidovun yaşadığı qəsəbədəki icarəyə götürdüyü mağazada odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətdən hadisə yerində ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və polis idarəsi əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

Peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin qəsəbə sakini, 1978-ci il təvəllüdlü Rauf Cəbrayılov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr müəyyən edildiyindən o, tutularaq istintaqa cəlb olunub. R.Cəbrayılov cinayətin aləti olan tüfəngi könüllü olaraq istintaqa təhvil verib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi