BŞBPİ “BakuBus”ın avtobusunda polis olduğunu deyərək ödəniş etməyən şəxslə bağlı araşdırmalara başlayıb

BŞBPİ “BakuBus”ın avtobusunda polis olduğunu deyərək ödəniş etməyən şəxslə bağlı araşdırmalara başlayıb “Araşdırmalar başa çatdıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq”
Hadisə
28 Sentyabr , 2015 16:05
BŞBPİ “BakuBus”ın avtobusunda polis olduğunu deyərək ödəniş etməyən şəxslə bağlı araşdırmalara başlayıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) “BakuBus” şirkətinə məxsus 1 saylı marşrut avtobusuna minən, lakin polis olduğunu deyərək kartla ödəniş etməkdən imtina edən şəxslə bağlı araşdırmalara başlayıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq BŞBPİ-nin mətbuat xidmətindən məlumat verilib.

“Araşdırmalar başa çatdıqdan sonra nəticələr ictimaiyyətə açıqlanacaq”, - BŞBPİ-dən bildirilib.

Qeyd edək ki, polis olduğunu deyən mülki geyimli şəxsin videosu sosial şəbəkələrdə və xəbər saytlarında müzakirələrə səbəb olub. Həmin şəxs polis olduğunu iddia edib. Adı məlum olmayan şəxs bu səbəbdən də kartla 20 qəpik ödəniş etməkdən azad olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi