Bakı-Şamaxı yolunda ölən sürücünün şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb

Bakı-Şamaxı yolunda ölən sürücünün şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb Qəza ilə bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır
Hadisə
13 Dekabr , 2014 14:01
Bakı-Şamaxı yolunda ölən sürücünün şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb
Bakı. 13 dekabr. REPORT.AZ/ Bakı-Şamaxı yolunun 50-ci kilometrliyində baş verən qəza zamanı bir nəfər dünyasını dəyişib. Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

"Şaqman" markalı yük maşıını ilə "Opel" markalı maşının toqquşması nəticəsində, minik maşınının sürücüsü hadisə yerində ölüb. Sürücünün deformasiyaya uğrayan maşındakı meyitini Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çıxarıblar. BDYPİ-dən bildirilib ki, sürücünün meyiti tanınmaz hala düşdüyündən və qəza zamanı maşının sənədləri də məhv olduğundan ölən şəxsin kimliyini müəyyən etmək hələlik mümkün olmayıb.

Qəza ilə bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi