Bakı-Şamaxı yolunda avtomobil 34 yaşlı qadını vurub

Bakı-Şamaxı yolunda avtomobil 34 yaşlı qadını vurub Bakı-Şamaxı yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
18 Sentyabr , 2020 21:52
Bakı-Şamaxı yolunda avtomobil 34 yaşlı qadını vurub

Bakı-Şamaxı yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə magistral yolun 15-ci kmliyində qeydə alınıb.

Minik avtomobili yolu keçən 1986-cı il təvəllüdlü Səfərova Məleykə Vilayət qızını vurub. Ağır bədən xəsarətləri alan piyada təcili yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qasıq oturaq sümüklərinin sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi