Bakı-Şamaxı-Yevlax avtomobil yolunda "KaMAZ" dayanacağa çırpılıb

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda "KaMAZ" dayanacağa çırpılıb Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib
Hadisə
19 mart 2017 07:54
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda KaMAZ dayanacağa çırpılıb
Foto: "Azəravtoyol"

Bakı. 19 mart. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü km-də, Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

"Report" "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, Lerik rayon sakini, 1983-cü il təvəllüdlü Zahid Dövlətov "KaMAZ" markalı yük maşınına idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarında inşa edilmiş avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın bir hissəsi dağılaraq istifadəyə yararsız hala düşüb.

Qəza baş verən vaxtı dayanacaqda heç kim olmayıb.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Son xəbərlər

Orphus sistemi