Bakı sakinlərinin velosipedlərini oğurlayan qrup tutulub

Bakı sakinlərinin velosipedlərini oğurlayan qrup tutulub Onlar bir ayda 5 nəfərin velosipedini oğurlayıblar
Hadisə
24 İyul , 2015 14:30
Bakı sakinlərinin velosipedlərini oğurlayan qrup tutulub

Bakı. 24 iyul. REPORT.AZ/ Bakıda velosiped oğurluğu edən qrup saxlanılıb. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vasif Əsgərova məxsus velosipedi oğurlayan Abşeron rayon sakinləri Əli Əzizov, Seymur Xıdırov və Cəbrayıl rayon sakini Nəsimi Quliyev tutulublar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların iyul ayı ərzində Fuad Dadaşova, Elçin Bağırova, Oqtay Quliyevə, Oksana Fokinaya və Əbdül Qasımova məxsus velosipedləri oğurlamaları da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi