Bakı sakinlərinin çantalarından oğurluq edən şəxs tutulub

Bakı sakinlərinin çantalarından oğurluq edən şəxs tutulub Əməliyyat tədbirləri həyata keçirilib
Hadisə
18 Oktyabr , 2017 12:20
Bakı sakinlərinin çantalarından oğurluq edən şəxs tutulub

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakı sakinlərinin çantalarından oğurluq edən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Fəqan Qafarovun ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsininin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Möhübbət Əliyevlə birgə cari il iyunun-sentyabr ayları ərzində paytaxt sakinləri olan 4 nəfərin çantalarından, habelə 1 nəfərin cibindən pul, mobil telefon və sənəd oğurlaması müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri ilə M.Əliyev tutulub. 

Son xəbərlər

Orphus sistemi