Bakı sakinlərinə qarşı zor tətbiq edərək pulunu alan şəxslər saxlanılıblar

Bakı sakinlərinə qarşı zor tətbiq edərək pulunu alan şəxslər saxlanılıblar Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakıda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Hadisə
9 Oktyabr , 2018 10:48
Bakı sakinlərinə qarşı zor tətbiq edərək pulunu alan şəxslər saxlanılıblar

Bakı. 9 oktyabr. REPORT.AZ/ Bakıda soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilə məlumata görə, sentyabrın 27-də Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə Bakı şəhər sakini V.Abıyevin içərisində noutbuku, mobil telefonu və sənədləri olan çantasının açıq talama yolu ilə alnması, sentyabrın 30-da isə Bakı şəhər sakini Y.Abbasovaya zor tətbiq edilərək içərisində pulu, mobil telefonu və sənədləri olan çantasının alınması barədə müraciətlər daxil olub.

Məlumatlarla əlaqədar təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Ceyhun Rufullayev olduğu müəyyən edilib.

Oktyabrın 7-də Bakı şəhər sakini R.Hüseynova zor tətbiq edən şəxsin onun 142 manatını və mobil telefonunu alması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə müraciət daxil olub. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Bakı şəhər sakini Asim Məmmədov və Abşeron rayon sakini Cavad Niyazov olduqları müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi