Yuxarı
    Bağlamaq

    ​Bakı sakinləri dostlarını bıçaqlayan şəxsi tutaraq polisə təhvil veriblər

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 5 mart. REPORT.AZ/ Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

    "Report”un məlumatına görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

    34 yaşlı Mayılov Ramil Şəkilağa oğlu dostları ilə yol gedərkən onlara tanımadıqları şəxs yaxınlaşıb. Naməlum şəxs əvvəlcə Ramil Mayılov və onun dostları ilə mübahisə edib. Mübahisə zamanı isə həmin şəxs cibindən bıçaq çıxararaq R.Mayılovu vurub. Naməlum şəxs qaçmaq istəyərkən bıçaqlanan şəxsin dostları onu tutublar. Tutulan şəxs ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşlarına təhvil verilib.

    Yaralı isə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

    Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi