​Bakı sakininin telefonunu soyğunçuluq yolu ilə ələ keçirilən şəxsə hökm oxunub

​Bakı sakininin telefonunu soyğunçuluq yolu ilə ələ keçirilən şəxsə hökm oxunub O, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Hadisə
23 May , 2016 16:41
​Bakı sakininin telefonunu soyğunçuluq yolu ilə ələ keçirilən şəxsə hökm oxunub

Bakı. 23 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Qadir Mirzəyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim İradə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Q.Mirzəyev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsi İ.Əhlimanov küçəsində baş verib. Bakı şəhər sakini Ramil Valoşinini yumruqla vuraraq mobil telefonunu soyğunçuluq yolu ilə talayıblar. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi və Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı sakini, 1995-ci il təvəllüdlü Q.Mirzəyev tutulub. 

Son xəbərlər

Orphus sistemi