Bakı sakininin telefonunu quldurluqla alan şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB

Bakı sakininin telefonunu quldurluqla alan şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB Video əlavə olunub
Hadisə
23 Oktyabr , 2018 13:32
Bakı sakininin telefonunu quldurluqla alan şəxs saxlanılıb - VİDEO - YENİLƏNİB
0 : 00
0 : 00

Video əlavə olunub


*** 12:46

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakının Nizami rayonunda quldurluq hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, rayon sakini Eşqin Gülalıyev Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə müraciət edərək Qara Qarayev prospekti 1 ünvanında tanımadığı şəxsin ona kəsici alətlə hədə-qorxu gələrək mobil telefonunu əlindən aldığını bildirib.

Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Cavanşir Bayramov saxlanılıb.

Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami Rayon Polis İdarəsinə göndərilib. Fotodakı şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nizami Rayon Polis İdarəsinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi